İt yaşlı qadına hücum etdi, qulağını qopardı...

22 2019 12:24

Zaqatalada 81 yaşlı qadının qulağını it qoparıb. Hadisə bu gün səhər saatlarında rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 81 yaşlı Pirdas İslam qızı İsrafilova səhər saatlarında həyətindəki heyvanları yemləyərkən iti qəfildən qadına hücum çəkərək onu yerə yıxıb. Daha sonra it Pirdas İsrafilovanın sol qulağını dişləyərək qoparıb. Qadın ailə üzvlərinin köməyi ilə Zaqatala rayon mərkəzi xəstəxanasına gətirilib. Pirdas İsrafilovaya lazımı tibbi yardım göstərilib, qopmuş qulaq yeri cərrahi yolla tikilib. Xəstəxanadan verilən digər məlumata görə, ötən gün axşam saat 20:30 radələrində rayonun Yuxarıçardaxlar kənd sakini 6 yaşlı Məryəm Vüqar qızı Xəlilova da it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Məryəm Xəlilovaya lazımı yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra amblator müalicə almaq şərti ilə evə buraxılıb.