Nazir İnam Kərimov İsmayıllıda vətəndaşları qəbul edib...

21 2019 16:03

Əvvəlcə nazir İnam Kərimov İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 28 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında “Səyyar Xidmət” Qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 41 mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz edilib. Bununla yanaşı, 8 ədəd kənd təsərrüfatı texnikası texniki baxışdan keçirilib və daha 8 ədəd texnika isə dövlət qeydiyyatına alınıb, 1 nəfər isə sürücülük vəsiqəsi almaq üçün imtahan verib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. Nazir İnam Kərimov “Səyyar Xidmət” Qrupunun işi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Şamaxıda Şamaxı və Ağsu rayonundan olan vətəndaşları, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Göyçayda Göyçay və Ağdaş rayonundan olan vətəndaşları qəbul ediblər.