Şəkidə biçin kampaniyası sürətlə davam edir...

21 2019 15:14

Ölkənin hər yerində olduğu kimi Şəkidə də, taxıl biçini sürətlə davam edir. Rayonda cari mövsümdə 68 min 68 hektar taxıl əkilib. Əkinlərin 45 min 962 hektarını buğda, 22 min 106 hektarını arpa sahələri təşkil edir. Bu günədək rayonda 19.230 hektar arpa və 13.160 hektar buğda sahəsinin məhsulu biçilib, 112.677 ton taxıl istehsal olunub. Ötən illərdə olan kombayn problemi də artıq öz həllini tapıb. Fermerlərin bu cəhətdən probleminin olmaması da məhsuldarlığa öz təsirini göstərib. Həmçinin yeni alınan kombaynlar onları istifadə edən sürücülər üçün də rahatlıq yaradıb. Qeyd edək ki, rayonda biçin kampaniyasına 125 taxılbiçən kombayn, 95 küləşpresləyən aqreqat, 250 şum traktoru, 350-dək yük maşını, traktor və qoşqu, həmçinin 5 yanğınsöndürən və 9 su maşını cəlb olunub.