Şəkidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib...

21 2019 15:00

Hadisə Heydər Əliyev prospekti ilə Salman Mümtaz küçələrinin kəsişməsində yerləşən dairəvi yolda, Varid Məmmədova məxsus obyektdə qeydə alınıb. Yanğına səbəb İlqar Rəsulova məxsus tutumu 20 ton olan 99 XU 359 dövlət nömrə nişanlı "Kamaz" markalı yanacaq daşıyan avtomobilin nasosunda baş vermiş nasazlıq olub. Belə ki, 25 tonluq çəni doldurarkən bir anda kamazın yanacaq vuran nasosu sıradan çıxıb və benzin ətrafa axıb. Nəticədə yanğın başlayıb. Hadisə yerinə dərhal Şəki yanğından mühafizə hissəsinin briqadaları cəlb edilib. Alov 25 tonluq çənlərə keçmədən söndürülüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırılma aparılır.