Üzərində narkotik daşıyan Şəki sakini yaxalandı...

20 2019 13:15

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib. Qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər məhkum olunmuş, 34 yaşlı Şahin Rəsulov saxlanılıb. Polis Şöbəsində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı ümumi çəkisi 232 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.