Zaqatalada 24 yaşlı gənci avtomobil vurdu...

20 2019 12:13

Zaqatalada piyadanı maşın vurub. Hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayon sakini, 24 yaşlı Namiq Əzizxan oğlu Şabanov idarəetdiyi “VAZ 2107” markalı 45 BC 880 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə piyada, Yuxarı Tala kənd sakini, 37 yaşlı Mikayıl Ramazan oğlu Ramazanovu vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Mikayıl Ramazanov elə hadisəni törədən sürücü tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.