Zaqatala sakini külli miqdarda narkotiklə saxlanıldı...

19 2019 15:17

Zaqatala sakini külli miqdarda narkotiklə saxlanılıb. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Lahıc kənd sakini, 37 yaşlı Ramin Abdurahmanov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın qurudulmuş marixuana aşkar olunub. Keçirilmiş tədbirlərin davamı olaraq Ramin Abdurahmanovun yaşadığı evə də baxış keçirilib. Evin zirzəmisindən 3 kq 745 qr və Lahıc kəndindəki çöllük ərazidə gizlətdiyi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı RPŞ-də araşdırma aparılır.