Şamaxıda ağır qəza: Avtomobil dərədən yuvarlandı...

19 2019 13:18

Şamaxı - Göylər - Padarçöl avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Şamaxının Çöl Göylər kəndi ərazisində qeydə alınıb. 55 yaşlı Sumqayıt şəhər sakini Mürsəl Məmmədov idarə etdiyi "Shacman"markalı 90-JZ-917 dövlət nömrə nişanlı yük avtomobili ilə Şamaxıdan Padarçöl istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq 15 metr dərinliyi olan dərəyə yuvarlanıb. Zərbənin təsirindən avtomobilin hissələri bölünərək ətrafa səpələnib. Avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.