Qaxda narkotacir saxlanıldı...

19 2019 12:18

Bakı sakini Qaxda narkotiklə tutulub. Onun üzərindən nə az, nə çox 1 kiloqram heroin götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Viləş Əhədov rayonun Qorağan kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi 1 kq narkotik vasitə olan heroin və 500 qram metamfetamin aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə Viləş Əhədova həmin narkotik vasitəni satan şəxs də müəyyən olunub. Daha sonra məlum olub ki, Viləş Əhədova narkotik vasitəni satan şəxs Canpolad adı ilə tanınan narkotacir Hüseyn Məmmədovdur. Faktla bağlı RPŞ-də araşdırma aparılır.