İsmayıllıda şəhid Çingiz Bağırovun xatirəsi anıldı...

18 2019 16:23

İsmayilli rayonun Cülyan kəndində 1993 ci ildə Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş komandir Bağırov Çingiz Kərəm oğlunun xatirəsi anılıb. Anım tədbirində onunla çiyin-çiyinə savaşmış döyüş yoldaşları Qarabağ Müharibəsi Əlilləri, Veteranları 26 ildən sonra Çingiz Bağırovun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Şəhidin məzarı başında çıxış edənlər Ç.Bağırovun Azərbaycanın ərazi bütövlüyünün qorunmasındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ç.Bağırov şəhidlik zirvəsinə ucaldığı gündən 26 il ötməsinə baxmayaraq o, daim bizim qəlbimizdə yaşayır. Qeyd edək ki, Qarabağ müharibəsinin ən qızğın vaxtında komandir Bağırov Çingiz könüllü olaraq əməliyyatlara qoşularaq Ağdam rayonunun müdafiəsi uğurunda gedən döyüşlərdə böyük şücaət və igidlik göstərib. 1993 -cü il iyunun 12-də xidmət göstərdiyi ərazidə avtomobil qəzasına düşərək həlak olub.