Zaqatalada yol qəzasında iki nəfər xəsarət aldı...

18 2019 16:11

Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Axşam saatlarında Yevlax- Zaqatala- Gürcüstan sərhəd magistral yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində iki "Mersedes" markalı, 10 VS 220 və 99 DM 442 dövlət qeydiyyat nişanlı minik avtomobilləri toqquşub. Qəza zamanı xəsarət alan rayonun Çobankol kənd sakini 1984-cü il təvəllüdlü Orxan Əlixan oğlu Nurlayev və Kebeloba kənd sakini 1982-ci il təvəllüdlü Tərlan Osman oğlu Bayramov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.