Azəripək MMC bir il dayanmadan fəaliyyət göstərə biləcək...

18 2019 15:45
Buna səbəb bu il baramanın gözləniləndən daha çox olmasıdır. Belə ki, ötən il 514 ton yaş barama istehsal edilmişdi. Bu il isə yaş baramanın çox daha yüksək olacağı gözlənilir. Bunun üçün 20 min qutu tut ipək qurdu kümkülərə paylanmışdır.
Azəripək MMC-nin mütəxəssisləri 38 rayona səfər edərək yerlərdə baramanı qəbul edir və müəssisəyə gətirir. Qəbul edilmiş baramanın vaxtında və keyfiyyətli istehsalı üçün Azəripək MMC-də yeni avadanlıqlarda quraşdırılıb. Müəssisədən verilən məlumata görə artıq tədarük edilmiş barama 580 tonu keçib. Tədarükün axsamaması üçün Azəripək MMC gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Həmçinin bu il qəbul edilən baramanən əvvəlki illərlə müqaisədə daha keyfiyyətli olduğu bildirilir. Kümkülərdə bu il daha məhsuldar və keyfiyyətli məhsul əldə etdiklərini deyirlər. Ancaq bununla belə yem bazasının yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirirlər. Ümumilikdə isə barama istehsalının artımı üçün görülən işlərin gözləniləndən daha yüksək olduğunu demək olar. Buna səbəb qoyulan hədəflərin üzərinə çıxmasıdır. Gələn il üçün isə bu rəqəmin daha yüksəklərə çıxması nəzərdə tutulub.