Qax, Zaqatala və Balakəndə buraxılış imtahanlarının ikinci mərhələsi keçirildi...

17 2019 17:01

Dövlət İmtahan Mərkəzinin iyunun 16-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Qax, Zaqatala və Balakən rayonlarında ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının ikinci mərhələsi başa çatıb. İmtahanların keçirilməsi üçün Zaqatalada 3, Balakəndə 2, Qaxda 1 olmaqla, ümumilikdə 6 imtahan mərkəzi ayrılıb. Ümumilikdə 2635 şagird, o cümlədən Zaqatala rayonu üzrə 1155, Balakən rayonu üzrə 949, Qax rayonu üzrə 531 şagird iştirak biliyini sınayıb. İmtahanların idarə olunmasına bu rayonlarda 19 imtahan rəhbəri və 220 nəzarətçi müəllim cəlb olunub. Çəkiliş etdiymiz Zaqatala şəhərindəki 1 nömrəli orta məktəbdə 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanı təlimata uyğun olaraq saat 11:00-da başlanıb və 3 saat davam edib. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Regional bölmədən verilən məlumata görə, digər imtahan mərkəzlərində də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsi mövcud təlimata uyğun keçib və heç bir qanun pozuntusuna yol verilməyib.