Qaxda ilanlar evdə məskunlaşıb...

17 2019 14:57

Qaxda bir neçə evdə ilanların məskən salması ilə bağlı xəbər vermişdik. Bu dəfə Qax rayonunun Zəyəm kəndində Balayevlər ailəsi ilanların əlindən evdə rahat yaşaya bilmədiklərindən şikayətlənirlər. Havalar isinər isinməz ilanlar evin içində öz evləri kimi yaşamağa başlayıblar. Ev sahibləri aidiyyatı qurumlara müraciət ediblər. Ərazi dərmanlanıb. Ama bu çox cəkməyib. İlanlar bir həftə sonra yenidən görünməyə başlayıb. Üçü azyaşlı olmaqla ailədə beş nəfər yaşayır. Ailə üzvləri gün ərzində evdə olsalar da axşam gecələməyə öz qohumlarına üz tuturlar.