İsmayıllıda Tibb işçilərinin peşə bayramı qeyd olunub...

17 2019 14:40

Əvvəlcə Rayon administrasiyasının rəsmiləri və bir qrup tibb işçisi Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub. Sonra Rayon Mərkəzi Xəstəxanasının akt zalında keçirilən tədbirdə səhiyyə sahəsində əldə edilən uğurlardan, xidmət sahələrində bundan sonra daha çox iş görüləcəyindən, əhalinin sağlamlığının təmin olunması üçün əsaslı tədbirlərin davam etdiriləcəyindən danışıblar. Vurğulanıb ki, tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Sonda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tibb fakultəsinin tələbləri də tibb işçilərinə öz təbrikini çatdırıb. Bir qrup qabaqcıl tibb işçisi RİH başçısının və Rayon Mərkəzi Xəstəxanasının Fəxri Fərmanı ilə təltif edilib.