Şəkidə Milli Qurtuluş Günü qeyd olunub...

17 2019 14:29

Şəkidə 15 İyun Milli Qurtuluş günü münasibətilə ümumşəhər tədbiri keçirilib. Əvvəlcə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüb, Ulu Öndərə hörmət və ehtiramlarını nümayiş etdiriblər. Tədbirdə çıxış edənlər Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər. Qeyd olunub ki, bu il bu dahi şəxsiyyətin siyasi hakimiyyətə gəlişinin 50 ili tamam olur. Heydər Əliyevin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olub. Diqqətə çatdırılıb ki, Azərbaycanın sürətli inkişaf dövrü Milli Qurtuluş Günü ilə başlayıb. Ulu Öndərin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir. Bayram tədbiri konsert proqramı ilə davam edib.