Şəkidə Kempo üzrə Respublika turniri baş tutub...

17 2019 14:02

Şəkidə Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş Kempo idman növü üzrə respublika turniri keçirilib. Çempionatda ölkənin bir sıra bölgələrindən ümumilikdə 80-dən çox idmançı iştirak edib. 2 versiya üzərində baş tutan yarışda Şəkini 3 komanda təmsil edib və onların bir çox idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qaliblər medal, fəxri fərman və kuboklarla mükafatlandırılıblar.