İsmayıllıda 15 iyun - Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub...

17 2019 13:56

Ulu öndərin adını daşıyan parkda keçirilən tədbirdə “Heydər Əliyev Azərbaycanın xilaskarıdır” mövzusunda çıxışlar edilib. Çıxış edənlər diqqəti 26 il bundan əvvəl ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışına cəlb edərək vurğulayıb ki, məhz o vaxt Azərbaycanın müqəddəratı tənəzzüldən tərəqqiyə doğru dəyişib. Ulu öndər siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman respublikada yaşanan xaos və anarxiya, vətəndaş qarşıdurması, getdikcə dərinləşən sosial-iqtisadi böhran şəraitində dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə möhkəmlənməsini, sarsılmazlığını təmin edib. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan qurtuluşla başlayan zəfər tarixinə yeni-yeni parlaq səhifələr yazmaqda davam edir. Daha sonra Vətənimizə, ordumuza həsr olunmuş şeirlər, mahnılar ifa olunub.