Namiq Babayev Şəkidə vətəndaşları qəbul edib...

17 2019 13:33

Dövlət İmtahan Mərkəzinin Direktorlar şurası sədrinin müavini Namiq Babayev Şəkidə vətəndaşları qəbul edib. Görüşdə Şəki və ətraf rayonların sakinləri iştirak edib. Qəbul zamanı vətəndaşlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydaları, buraxılış imtahanları və s. məsələlərə dair Namiq Babayevə müraciətlərini ünvanlayıblar. Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Bəzi məsələlər elə yerindəcə həll olunub. Mərkəzin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.