Şəkidə 18 yaşlı gənci sahibsiz it dişlədi...

17 2019 13:28

Şəkidə axşam saatlarında rayonun Qudula kənd sakini, 2001-ci il təvəllüdlü Laçın Elçin oğlu İbrahimxəlilov it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Laçın İbrahimxəlilova yaşadığı kəndin ərazisində, küçədə sahibsiz it hücum edərək onun sağ ayağının baldır nahiyəsinin arxa səthindən dişləyərək xəsarət yetirib. Ona lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.