700 ailənin su problemi həll olundu...

14 2019 16:55

Zaqatala rayonunun ucqar Yuxarı Çardaxlar kənd icmasının təşəbbüsü və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə sakinlər üçün texniki su təminatının yaxşılaşdırılması layihəsi başa çatıb. Bu dağətəyi yaşayış məntəqəsində uzun ilərdir ki, əkin işləri və mal-qaranın suvarılması arxlar vasitəsilə həyata keçirilirdi. Xüsusən yay aylarında onun kimi Yuxarı Çardaxlar kəndində yaşayan 700 ailədən ibarət təsərrüfatın hər biri yaz-yay ayları gələndə su qıtlığı yaşayırdı. İsti yay günlərində mal-qaranı, bağların su təminatı hər kəsin başlıca qayğısına çevrilirdi. Kənd icmasının müraciəti əsasında Beynəlxalq İnkişaf Agentliyi layihənin reallaşmasını üzərinə götürüb və məsələnin həlli istiqamətində işlərə başlanıb. Kənd sakinləri ilə görüşən ABŞ-ın ölkəmizdəki səfiri Erla Litzenberqer Azərbaycanın şimal-qərb bölgəsinə ilk dəfə səfər etdiyini, bölgə insanlarının qonaqpərvər və işgüzar olduğunu, həyata keçirilən bir sıralayihələrin isə onların sosial durumlarının yaxşılaşmasına xidmət edəcəyini bildirib.