Müasir Dövlət İdarəçiliyinin təşkilatı əsasları: 15 il innovativ inkişaf yollarında...

13 2019 14:59

Şəkidə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Şəki Şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Dövlət qulluqçuları və Asan könüllüləri üçün növbəti səyyar seminar keçirilib. Seminarda çıxış edənlər Dövlət İdarəçiliyində İnnovativ Texnologiyalar Azərbaycan Təcrübəsi , Dünyada və bölgədə yeni təhlükəsizlik mühitinin formalaşmasına Azərbaycanın töhvəsi və s mövzulara toxunublar. Bildirilib ki, Azərbaycan qısa dönəmdə inklüziv və davamlı inkişaf sahəsində nəzərə çarpan uğurlara imza atıb. Bu uğurlar beynəlxalq qurumlar və müstəqil ekspertlərin hesabatlarında öz əksini tapıb. Davos Dünya Formunun təsisçisi və fəxri prezidenti professor Klaus Martin Şvabın hazırladığı qlobal hesabat nəzərdən keçirilib. Qeyd olunub ki, həmin hesabatda Azərbaycan dünyanın ən səmərəli sosial siyasət həyata keçirən ölkəsi kimi xarakterizə olunub. Seminar iştirakçıları Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyalarının mahiyəti barədə məlumatlandırılıblar. Yekunda iştirakçıların sualları cavablandırılıb.