Şəkidə ağır qəza: 1 ölü, 3 yaralı...

13 2019 12:05

Şəkinin Sarıca kəndində ağır yol qəzası baş verib. 48 BE 233 dövlət nömrə nişanlı vaz 2107 markalı avtomobil idarə etməni itirərək yoldan çıxıb. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb. Oğuz rayon sakini Elyanə Nağıyeva hadisə yerindəcə keçinib. Zərərçəkənlər Oğuz rayon sakinləri 66 yaşlı Aydın Hurşudov, 60 yaşlı Əlövsət Hurşudov və 52 yaşlı Təranə Novruzova Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Aparılan müayinə zamanı Aydın Hurşudovun boyun nahiyəsində sınıq olduğu aşkar edilb və reanimasiya şöbəsinə yerləşdirilib. Əlövsət Hurşudovun isə körpücüy sümüyünün sındığı məlum olub. Xəstəyə lazımı tibbi yardım göstərilib. Təranə Novruzovanın isə vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.