IX “Şairlər günü”nün növbəti tədbiri Şəkidə keçirilib...

12 2019 15:23

IX “Şairlər günü”nün növbəti tədbiri Şəkidə keçirilib. Bəxtiyar Vahabzadə və Mehmet Akif Ersoyun xatirəsinə həsr olunmuş tədbir elə Bəxtiyar Vahabzadənin ev muzeyində baş tutub. Tədbirə Azərbaycanlı şair və yazıçılarla yanaşı, Türkiyə və Qazaxıstandan gələn qonaqlar da qatılıb. Hər iki şairin xatirəsi yad edilib, yaradıcılığına diqqət çəkilib. Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın Bəxtiyar Vahabzadəyə məxsus şeiri səsləndirilən videoçarx nümayiş olunub. Çıxış edənlər "Şairlər Günü"nün əhəmiyyətindən danışıblar. Tədbirin hər il daha geniş miqyas aldığı və türk dünyasındakı digər şair və yazıçıların da yad edildiyi vurğulanıb. Tədbir konsert proqramı ilə yekunlaşıb. Qeyd edək ki, artıq doqquz ildir keçirilən “Şairlər Günü” bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox sevilən nümayəndələrinə olan hörmətin təzahürüdür. IX “Şairlər günü”nə bu gün yekun vurulacaq.