İcra başçısı Sumayıllıda sakinləri dinlədi...

11 2019 15:03

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bu dəfə Sumayıllı kənd sakinlərinin fikir və təkliflərini dinləyib. Səyyar görüş çərçivəsində son illər aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində Zaqatala üçün ənənəvi sayılan fındıqçılıq, gülçülük, tütünçülük və baramaçılıq kimi kənd təsərrüfatının sahələrinin inkişafından bəhs edilib. Görüş zamanı kənddə aparılan infrastruktur layihələri ilə yanaşı, həllini gözləyən məsələlərə də toxunulub. Belə ki, kənddə uşaq bağçasının inşasına ehtiyac var. Kəndin əsas yolları əsaslı təmir edilsə də, bəzi məhəllədaxili yollar, eləcə də ərazini qonşu Danaçı kəndi ilə birləşdirən yol təmirsiz vəziyyətdədir. Səyyar görüş zamanı eyni ərazi inzibati dairəsinə aid olan Dardoqqaz kəndində bir müddət öncə ildırım vurması nəticəsində yanan evin təmirinə köməklik olunması üçün də müraciət edilib. Sakinlərin fikir və təkliflərini diqqətlə dinləyən İcra başçısı həlli istiqamətində aidiyyati qurumlara tapşırıqlar verib.