Qəbələdə ağır yol qəzası: 1 ölü, 3 yaralı...

11 2019 13:30

Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qəbələ-Oğuz avtomobil yolunun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" və "Toyota" markalı minik avtomobillərinin toqquşması nəticəsində Mirzəbəyli kənd sakini, 22 yaşlı Muradov Şahmurad Qorxmaz oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Nic qəsəbə sakinləri - 20 yaşlı Boyacari Dmitri Borisaur, 46 yaşlı Boyacari Boris Baqroviç, 58 yaşlı Zeynalov İzafəddin Nəcməddin oğlu ağır bədən xəsarətləri aldığı üçün Qəbələ Regional Diaqnostika Mərkəzinə aparılıb. Faktla bağlı araşdırma aparılır.