Şəkidə güclü külək bir sıra fəsadlar törədib...

26 2019 13:56

Belə ki, şəhərin bir neçə yerində ağaclar aşıb, budaqlar qırılıb. Məmməd Əmin Rəsulzadə prospektində ağacın aşması isə bir evə ciddi ziyan vurub. Yolun kənarında yerləşən hündür ağac küləyə qarşı tab gətirə bilməyib və nəticədə evin altaçığını, pəncərələrini, elektrik dirəyini, elektrik naqillərini və təbii qaz borusunu qırıb. Ərazidə dərhal elektrik enerjisi və təbii qazın verilişi dayandırılıb və yaranmış fəsadları aradan qaldırmaq üçün briqadalar cəlb edilib. Xoşbəxtlikdən hadisə zamanı evdə heç kəs olmayıb.