Oğuzda ağır qəza : Sürücü hadisə yerində keçindi...

26 2019 13:30

Oğuzda ağır avtoqəza baş verib. Hadisə gecə saatlarında Dəymədərə kəndi ərazisində meydana gəlib. 39 yaşlı Oğuz rayon sakini Samir Qasımov idarə etdiyi 10 CK 583 dövlət nomrə nişanlı, Vaz 2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Zərbənin təsirindən avtomabil bir neçə hissəyə parçalanıb. Sürücü hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.