Balakəndə stolüstü tennis üzrə rayon birinciliyinə yekun vurulub...

16 2019 14:44

Balakən Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə məktəblilər arasında keçirilən stolüstü tennis üzrə rayon birinciliyinə yekun vurulub. Balakən Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 52 oğlan və qız idmançı mübarizə aparıb. Oğlanların yarışında Ruslan Varsayev, Məhəmməd Məmmədov və Murad Lokov, qızlar arasında isə Məleykə Nastakalova, Sarat Məmmədova və Ceylan Dabaxova müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar. Qaliblər diplom və medallarla təltif edilib.