15 may Beynəlxalq ailə günü Zaqatala rayonunda qeyd edilib.

15 2019 17:10

15 may Beynəlxalq ailə günü Zaqatala rayonunda qeyd edilib. Dəyirmi masa şəklində davam edən tədbirdə rayon ziyalıları, nümunəvi ailələr və gənc cütlüklər iştirak edib. Tədbirdə çıxış edənlər ailənin tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu kimi mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğı əsas yer tutur. Tədbirə dəvət olunan rayonun nümunəvi və uzunömrlü ailələrindən sayılan Əlixanovlar ailəsi artıq 50 ildir ki, bir yerdə ömür sürürlər. Ailə başçısı 72 yaşlı Məhəmməd dayı da tədbir çərçivəsində çıxış edərək gənclərə möhkəm ailənin sirrlərindən danışıb. Tədbir daha sonra çay süfrəsi arxasında səmimi söhbət və musiqi nömrələri ilə davam edib.