Şəkiyə yağan güclü dolunun törətdiyi fəsadlar...

15 2019 16:15

Gecə saatlarından etibarən Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub və intensiv yağan yağış səhər saatlarında dayanıb. Yağışla yanaşı, bir neçə dəqiqə ərzində yağan dolu hər tərəfi ağ örpəyə bürüyüb. Gecə saatlarında başlayan leysan yağış və dolu əsasən Şəki şəhəri və ətraf kəndlərdə öz təsirini göstərib. Dolu nəticəsində şəhərin bir sıra prospekt və küçələrində fəsadlar yaranıb. Dolunun ən intensiv düşdüyü ərazi isə Şəkinin Orta Zəyzid kəndi olub. Hazırda rayona dəyən ziyanın miqdarı araşdırılır.