"Unutsaq, unudularıq"

15 2019 15:31

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Fransa Müqavimət hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılov və onun oğlu Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılova həsr olunmuş “Unutsaq, Unudularıq” adlı tədbir keçirilib. Tədbirdə şəhər rəhbərliyi, qəhrəmanların ailə üzvləri, ictimaiyyət nümayəndələri və tələbələr iştirak edib. Çıxış edənlər Əhmədiyyə Cəbrayılov və Mikayıl Cəbrayılovun qəhrəmanlıqlarından , keçdikləri döyüş yolundan bəhs ediblər. Daha sonra Universitetin Musiqi, Təsviri İncəsənət, Fiziki Tərbiyə, Çağırışa qədər Hərbi hazırlıq fakültəsinin müəllim və tələbə heyəti əbədi bədii kompazisiya ilə çıxış edib.