Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri İsmayıllıda maarifləndirici təlim keçirib...

15 2019 15:02

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri İsmayıllı rayonunda heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlər, sahibkarlar və baytar həkimlər üçün maarifləndirici təlim keçirib. Təlimin məqsədi heyvandarlıqda baytarlıq-sanitariya tədbirlərinin optimallaşdırılması və idarəetmə mexanizminin beynəlxalq tələblər çərçivəsində təkmilləşdirilməsinə dair fermerlərə və baytar həkimlərə elmi-praktiki köməklik göstərməkdir. Təlimdə AQTİ-nin mütəxəssisləri heyvan sağlamlığının təmin olunmasında qabaqcıl beynəlxalq təcrübənin faydalarından, heyvanların fizioloji-düzgün qidalanmasının əhəmiyyətindən, yemlər və yem əlavələrinin təhlükəsizliyindən, müalicə-profilaktika işlərində baytarlıq preparatları ilə düzgün davranma qaydalarından, antibiotiklərin heyvan sağlamlığı üçün fayda və zərərlərindən danışıblar. Tədbirdə heyvan sağlamlığı ilə bağlı bütün məsələlərin ölkəmizdə mərhələli şəkildə həyata keçiriləcək elektron sistemdə öz əksini tapacağı və “fermadan süfrəyə təmiz qida” prinsipinin reallaşacağı barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.