Zaqatalada 57 yaşlı kişiyə yırtıcı heyvan hücum edib...

15 2019 13:17

Hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini, 1962-ci il təvəllüdlü Fərman Qurbanəliyev sağ ayağının baldır nahiyəsindən yırtıcı heyvan dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Müayinə zamanı Fərman Qurbanəliyev kəndin inzibati ərazisində torpaq sahəsində işləyən zaman çaqqalın hücumuna məruz qaldığını bildirib.