Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul edib...

26 2019 15:15

Səhiyyə naziri Oqtay Şirəliyev Şəkidə vətəndaşları qəbul edib. Şəki Rayon Mərkəzi Xəstəxanasında qəbul zamanı nazir, Balakən, Zaqatala, Oğuz, Şəki və Qax rayon sakinlərinin sağlamlıq problemləri, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini dinləyib. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.