Şəkidə “Adın şərəflidir sənin ey qadın” adlı tədbir keçirilib...

26 2019 14:18

Şəki şəhər 9 nömrəli tam orta məktəbdə Azərbaycanın əməkdar elm xadimi, akademik, oftolmoloq Zərifə Əliyevanın 96 illiyinə həsr olunmuş “Adın şərəflidir sənin ey qadın” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildirib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. O, vaxtilə ölkəmizdə geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatların müəllifidir. Daha sonra məktəblilər bədii kompazisiya ilə çıxış ediblər.