Şəki, Oğuz və Qəbələdə buraxılış imtahanları səkkiz mərkəzdə aparılıb...

15 2019 16:38

Dövlət İmtahan Mərkəzi aprelin 14-də qurumun Şəki, Oğuz və Qəbələ rayonlarında ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirib.İmtahanların keçirilməsi üçün Şəkidə 3, Oğuzda 2, Qəbələdə 3 olmaqla, ümumilikdə 8 imtahan mərkəzi ayrılıb. İmtahanlarda 3266, o cümlədən Şəki rayonu üzrə 1641, Oğuz rayonu üzrə 474, Qəbələ rayonu üzrə 1151 şagird iştirak edib. İmtahanların idarə edilməsinə bu rayonlarda 26 imtahan rəhbəri və 297 nəzarətçi müəllim cəlb olunub. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim olunub. Mərkəzin Şəki regional bölməsinin məlumatına görə, 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları mövcud təlimata uyğun keçib və heç bir qanun pozuntusuna yol verilməyib.