Gölün bəndi uçdu, kəndi balıqlar basdı...

15 2019 15:14

Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb. 6 saat davam edən hadisə nəticəsində göldəki su tamamilə azalıb. Sahibkarın sözlərinə görə, göldə 60-70 tona yaxın müxtəlif balıq növü saxlanılırmış. Hadisə nəticəsində bütün balıqlaın tələf olduğu bildirilir. Qobustan rayonunun Təsi, Şamaxı rayonunda Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sel sıradan çıxarıb. Çıraqlı-Acıdərə yolu sel səbəbindən 5-6 saat bağlı olub, nəticədə sürücülər yolda qalıb. Bəziləri yolu piyada getmək məcburiyyətində qalıb. Əraziyə texnika cəlb olunub, yol müvəqqəti olaraq sürücülərin istifadəsinə verilib. Gölün yaxınlığında yerləşən, əkin sahələrinin suvarılmasını təmin edən borular da istifadəyə yararsız hala düşüb.