Qaxda 12 yaşlı uşağı ilan sancıb...

15 2019 10:51

Qaxda 12 yaşlı uşağı ilan sancıb. Hadisə rayonun Qapıçay kəndində baş verib. Kənd sakini, 12 yaşlı Xəlil Babayev kənd ərazisində yoldaşları ilə oynayarkən yıxılıb və ilanın üzərinə basıb. Bu zaman ilan onun əlindən sancıb. Zərərçəkən dərhal yaxınlarının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Xəlil Babayevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir.