Balakən polisi əməliyyat keçirdi, 4 nəfər saxlanıldı...

12 2019 17:34

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin əkib becərdirilməsi ilə məşğul olan 4 nəfər saxlanılıb. Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Talalar kənd sakini, əvvəllər Rusiya Federasiyasında qəsdən adam öldürməyə, daha sonra Balakəndə narkotik vasitələrin qanunsuz dövrüyyəsinə görə ümumilikdə iki dəfə məhkum olunmuş Çingiz Yolçuyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkisinin, eləcə də yaşadığı evdən 790 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Digər bir əməliyyat zamanı rayonun Talalar kənd sakini Eşqin Abbasovun yaşadığı ünvanda kultivasiya üsulu ilə əkilmiş 7 ədəd narkotik bitki hesab olunan çətənə bitkisi aşkarlanıb. Hər üç fatk üzrə Balakən RPŞ-də araşdırma aparılır.