Azərbaycanda Novruz bayramı qeyd olunur...

20 2019 14:30
Bu münasibətlə Qəbələdə də el şənlikləri keçirilib. Bayram şənliyi tonqala od vurulmaqla start götürüb. Meydana girən kosa ilə keçəl duzlu-məzəli söhbətləri ilə iştirakçıları güldürüb, əyləndiriblər. Bir tərəfdə cəhrədə yun əyirən xanımlar, digər tərəfdə tonqalın ətrafında rəqslər maraqlı görüntülərə səhnə olub. Oba-oba, kəndbəkənd qeyd edilən Novruz bayramına Oğuz rayonunun əhalisi də qoşulub. Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri məktəblilərin əl işlərinə, rəsm nümunələrindən ibarət sərgiyə baxıblar. Daha sonra meydanda qurulan tonqala od vurulmaqla bayram şənliklərinə start verilib. Dədə Qorqudun və Bahar qızın gəlişi bayram şənliyinə xüsusi rəng qatıb. Keçəl və kosanın şux zarafatları bayram iştirakçılarında canlanma yaradıb. Çobanların rəqsi maraqla izlənilib.