AQTA monitorinqlərə davam edir...

20 2019 13:41

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bitki və bitkiçilik məhsullarında fitosanitar müşahidələri davam etdirir. Növbəti belə monitoriq Şəkidə baş tutub. Agentliyin Şəki Regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun əməkdaşları rayonda yerləşən istixanalarda bitkiçilik məhsullarına baxış keçirib, laborator müayinələr üçün nümunələr götürüblər. Laboratoriyada tətqiq sınaq nəticələrinə əsasən məhsulların qiymətləndirilməsi aparılır, reqlamentin pozulması halları aşkar edilərsə məhsul istehsalçısına xəbərdarlıq olunur, ona metodiki dəstək verilir. Aqrokimyəvi maddələrin yüksək normada istifadəsi zamanı məhsulda nitratların miqdarı artıq toplanır. Orqanizmə daxil olan nitratlar və nitirtlər qanda hemoqlobinlə birləşərək methemoqlobin adlanan davamlı birləşmə əmələ gətirir. Methemoqlobinin miqdarı qanda 50%-i keçməsi isə ölümlə nəticələnir. Qeyd edək ki, belə monitorinqlərdə əsas məqsəd dövlət qeydiyyatından keçməyən, vaxtı ötmüş preparatları aşkar etmək və belə hallar müəyyən edildikdə qanunvericiliyin təlibinə uyğun tədbirləri həyata keçirməkdir. Hal-hazır ki, nəticəyə görə isə aparılan monitorinqlər zamanı hazır məhsullarda nitratların, pestisidlərin və ağır metalların qalıq miqdarlarının norması icazə verilən həddən yüksək olmayıb.