“Dini radikalizmlə mübarizə və maarifləndirmə”

14 2019 16:00

Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib. Tədbirdə hər iki qurumun nümayəndələri ilə yanaşı, orta məktəb direktorları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər. Dini radikalizm və ekstremizm haqqında məlumat verilib, onlara qarşı mübarizə üsullarından danışılıb. Bildirib ki, dini zəmində ayrı-seçkilik yaratmağa çalışan qüvvələrin əsas hədəfi yeniyetmə və gənclər olduğundan, bu kontingentlə sıx təmasda olan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bu cür tədbirlərin gənclərin dini radikalizmə qarşı maariflənməsində önəminə diqqət çəkilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.