"Hərbi xidmətdə fərqlənməyə görə" medalı şəhidin ailəsinə təqdim olundu...

14 2019 15:48

Azərbaycan ordusu genişmiqyaslı təlimlər keçirdiyi bir vaxtda şamaxılılıar orduya dəstək məqsədiylə tədbir keçirib. Şamaxı rayon Heydər Əliyev mərkəzində keçirilən tədbirə rayon administrasiyası, müharibə veteranları, müharibə əllləri, şəhid ailələrinin üzvləri, gənclər və rayon ziyalıları qatılıb. Azərbaycanda aparılan ordu quruculuğundan, ordumuzun qüdrətindən bəhs edilib. Şamaxıdan şəhid olan hərbçilərimiz anılıb. Tədbirdə həmçinin rayonun Qızmeydan kəndindən olan şəhid Taleh Saleh oğlu Həmidovun ailəsinə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti adından müdafiə naziri General-polkovnik Zakir Həsənovun əmri ilə təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı təqdim olunub.