Şəki şəhər İcra Hakimiyyətində şura iclası keçirilib...

14 2019 14:41

İclasda şəhər rəhbərliyi, hüquq-mühafizə orqanları, idarə və qurum rəhbərləri və kümçülər iştirak ediblər. Əvvəlcə ölkədə aparılan islahatlarla bağlı danışılıb. Daha sonra yaz aylarında baramaçılıq sahəsində görüləcək işlər müzakirə edilib. Kümçülərin bu il daha yüksək məhsuldarlıq əldə etmək üçün işlərinə məsuliyyətlə yanaşmaları vurğulanıb. Tut-ipəkqurdlarının yetişdirilməsi üçün lazımi şəraitin yaradılması, yemlə təmin edilməsi kimi məsələlərə toxunulub. Sonda ötən il yüksək məhsuldarlıqla fərqlənən bir neçə kümçüyə fəxri fərman və hədiyyələr verilib.