Şəkidə 7 otaqlı ev yanıb...

14 2019 10:43

Hadisə gecə saatlarında şəhərin Əbdürrəhim bəy Haqverdiyev küçəsində, 1957-ci il təvəllüdlü Umarov Akif Vahid oğluna və 1988-ci il təvəllüdlü Umarov Vahid Mahir oğluna məxsus, ümumi sahəsi 150 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyü və 5 otağın yanar konstruksiyaları işərisindəki əşyalarla birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı ev sahibi Akif Umarov yanıq xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona sağ ayağın bud və baldır nahiyəsinin ikinci dərəcəli yanıq xəsarəti diaqnozu təyin edilib, ilkin tibbi yardımdan sonra evə buraxılıb.