Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə start verilib...

13 2019 17:45

Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə start verilib. Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin əməkdaşları fermerlərin öz məlumatlarını EKTİS sisteminə daxil etməyə köməklik göstərəcək könüllülərə xüsusi təlim keçib. Təlimlərdə əməkdaşlara sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığı izah olunub. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin Təlim Mərkəzində keçirilən təlimlərə Aqrar İnkişaf Könüllüləri, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşları cəlb olunublar. Təlim keçmiş şəxslər Şəki DAİM-də, Şəki “ASAN xidmət” mərkəzində, Orta Zəyzid Baş Zəyzid kəndində yaradılmış səyyar məntəqədə fermerlərə informasiya-məsləhət xidməti göstəriblər. Fermerlər bu məntəqələrə yaxınlaşaraq EKTİS-də qeydiyyatdan keçiblər. Şəki “ASAN xidmət” Mərkəzində də Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb, Səyyar ASAN xidmət avtobusu Orta Zəyzid və Baş Zəyzid kəndində fermerlərə xidmət göstərir. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi EKTİS-in tətbiqi ilə əlaqədar Quba və Şəki rayonlarında pilot layihə həyata keçirir. Hər iki rayonda məlumatlandırma prosesi və EKTİS-in tətbiqinin ilkin mərhələsi başa çatdıqdan sonra fermerlərin elektron sistemdə qeydiyyatı bütün ölkə ərazisini əhatə edəcək.