“Gömrük İslahatları: Şəffaf Gömrük, Asan və sürətli Ticarət”

13 2019 17:17

Şəkidə “Gömrük İslahatları: Şəffaf Gömrük, Asan və sürətli Ticarət” mövzusunda təlim keçirilib. Media nümayəndələri üçün təşkil olunan təlimdə DGK-nın Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, Komitənin aidiyyatı strukturlarının əməkdaşları və media qurumlarının nümayəndələri iştirak edib. Gömrük xidmətinin fəaliyyətinin işıqlandırılmasında medianın rolu xüsusi vurğulanıb, birgə əməkdaşlığın əhəmiyyətindən danışılıb. Həmçinin ölkəmizdə gömrük sahəsində əldə olunan uğurlardan, aparılan məqsədyönlü işlərdən və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihə və yeniliklərdən bəhs edilib. Təlim martın 15-dək davam edəcək.