Şamaxıda 29 ev yenidən tikiləcək...

12 2019 14:09

Şamaxıda ayın 5-də baş verən zəlzədən sonra sakinlər tərəfindən rayon icra hakimiyyətinə 1656 müraciət daxil olub. Hələlik rayon ərazisində 64 evin yaşamaq üçün təhlükəli olduğu müəyyən edilib. İlkin mərhələdə 29 evin sökülməsi və yenidən tikilməsi nəzərdə tutulub. Yaradılan müvafiq komissiya hazırda şəhər də daxil olmaqla kəndlərdə qəzalı evlərə baxış keçrirərək, hesablama işlərini davam etdirir.