Qaxda sauna yandı...

12 2019 13:10

Qax rayonunun Qum kəndində kənd sakininə məxsus saunada yanğın baş verib. Kənd sakini Fərid Həşimovun həyətyanı sahəsində yerləşən sauna anidən alovlanıb. Hadisə yerinə dərhal Qax rayon Dövlət yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 130 kv.metr olan saunanın 25 kv.metr tavan hissəsi yanıb. Saunanın ətrafında olan tikililər yanğından mühafizə olunub. Yanğının saunada olan odun sobasından baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.